...

Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində "qızıl imkanları" var - ATƏT PA-nın sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2008 19:52 (UTC +04:00)
Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində "qızıl imkanları" var - ATƏT PA-nın sədri

Yerevanın və Bakının Dağlıq Qarabağ münaqişəsinin həllində "qızıl imkanları" var, Avropa təhlükəsizlik və əməkdaşlıq təşkilatının Parlament Assambleyasının sədri Qoran Lenmarker belə hesab edir.

"Artıq neçə ildir ki, biz Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını axtarırıq. Qərar artıq var və bu qərar Azərbaycan və Ermənistan əlaqələrinə müsbət təsir edəcək. Mən demək istəyirəm ki, indi münaqişənin həlli üçün qızıl imkan yaranıb. Həmin qərarın tapılması üçün yaxşı zaman yaranıb", - bazar günü Astanada ATƏT PA-nın 17-ci sessiyasında çıxışı zamanı Lenmarker bildirib, İnterfaks-Qazaxstan məlumat verir.

Xəbər lenti

Xəbər lenti