...

Moskvada ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü keçirilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 İyul 2008 14:17 (UTC +04:00)

Rusiya, Moskva, 01 avqust/ Trend , müxbir R.Ağayev/ Cümə günü Moskvada Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü başlayıb.

Rusiya, ABŞ və Fransadan olan həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın təkbətək formatda keçiriləcək görüşlərinədən öncə görüşüblər.

İki ölkə prezidentinin iyunda Sankt-Peterburqda təklif etdikləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərə iş Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında aparılacaq danışıqlarda əsas mövzu olacaq.

"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva danışıqları iki ölkə prezidentlərinin Sankt-Peterburqda razılığa gəldikləri yeni işin başlanğıcıdır", - ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernard Fasye bir müddət əvvəl Trend -a bildirib.

İyunun 9-da, 11-ci Beynəlxalq İqtisadi Forumda iştirak çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Bu, Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın yeni prezidenti Serj Sarkisyanla ilk görüşü olub.

"Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanması üzrə danışıqlar Madrid təklifləri əsasında aparılacaq", - Fasye bildirib.

2007-ci ilin noyabrında ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının baza prinsiplərini nəzərdən keçirmək üçün Ermənistan və Azərbaycan prezidentlərinə təqdim ediblər. Həmsədrlər "Madrid təkliflərini" ədalətli və balanslaşdırılmış hesab edirlər.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti