...

Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısında Azərbaycanın ermənilər tərəfindən dağıdılmış abidələri ilə bağlı müzakirə aparılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Avqust 2008 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov bildirib ki, ermənilər tərəfindən işğal olunan ərazilərdə dağıdılan Azərbaycan abidələrinin vəziyyətinin öyrənilməsi vacibdir.

"Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti abidələrin vəziyyətinin Avropa Şurası tərəfindən öyrənilməsini dəstəkləyir", çərşənbə axşamı jurnalistlərə Seyidov bildirib.

Trend -un arayışı: Azərbaycan və Ermənistan arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlayıb. Azərbaycanın 20% ərazisi, həmçinin, Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal olunub.

İşğal olunmuş ərazilərdə Ermənistan Silahlı Qüvvələri 1,421 mədəniyyət evini, 15 şəhər və 503 kənd mədəniyyət evi və klubunu, 8 rayon, 32 şəhər, 10 uşaq və 683 kənd kitabxanasını, 6 mədəniyyət və istirahət parkını, 47 uşaq musiqi məktəbini, 3 teatr, 3 qalereya, 464 tarixi abidəni, təqribən 40 min tarixi əl işi və 4,6 mln. kitabı məhv edib və dağıdıblar.

O qeyd edib ki, bir müddət əvvəl Avropa Şurası Nazirlər Komitəsinin göndərdiyi ekspertlərlə həm Xarici İşlər, Mədəniyət və Turizim nazirliklərində, həm də deputatlarla birgə görüşlər keçirilib.

"İlin sonu Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin görüşü nəzərdə tutulub. Hesab edirəm ki, nazirlərin görüşündə həm Azərbaycanın ermənilər tərəfindən dağıdılmış abidələrinin məsələsinin müzakirəsi, həm də buna obyektiv münasibətin formalaşdırılması vacibdir. Bu məsələyə aydınlıq gətiriləcək. Məsələnin bu formatda araşdırılması Azərbaycanın maraqlarına cavab verir", - Seyidov əlavə edib.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Avropa Şurasında bu məsələni qeyri-obyektiv araşdırmaq, bir bölgəyə səfər edib, digərini kənarda qoymaq cəhdləri olub.

Seyidov əlavə edib ki, rəsmi Bakı Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin görüşünün Azərbaycanda keçirilməsinə müsbət münasibətini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti