...

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın müdafiə naziri ilə Minsk Qrupunun fransalı həmsədrinin görüşündə müzakirə edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Sentyabr 2008 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir E.Abbaslı/ Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bu gün Azərbaycanın müdafiə naziri general - polkovnik Səfər Əbiyevlə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasyenin görüşündə müzakirə edilib. Azərbaycan müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a bildiriblər ki, görüşdə regiondakı hərbi -siyasi vəziyyət də müzakirə olunub.

Fasye sentyabrın 18 - dən Azərbaycandadır. Fransalı diplomat səfərini Dağlıq Qarabağdan başlayıb.

Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın dünən regiona səfəri başa çatıb. Brayza Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qərar verməyə hazırdılar.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988 - ci ildən başlayıb, 1991 - ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992 - 93 - cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti