...

ABŞ və RF-nin rəsmi şəxslərinin Ermənistana səfərləri Qafqazda sabitliyin möhkəmlənməsinə yardım edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2008 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr/ Trend , müxbir E.Tariverdiyeva, R.Hafizoğlu/ ABŞ və RF-nin rəsmi şəxslərinin Ermənistana səfərləri Qafqazda yeni qüvvələr balansını müəyyənləşdirəcək və regionda hərbi əməliyyatların başlaması təhlükəsini minimuma endirəcək.

"Rəsmi şəxslərin Qafqaza və xüsusilə də Ermənistana səfərləri çox tez-tez baş verir. Belə ki, geosiyasi vəziyyət dəyişib, Qafqazda yeni landşaftın fəal axtarış prosesi gedir", - rusiyalı aparıcı hərbi analitik Sergey Markedonov hesab edir.

Bu gün RF prezidenti Dmitri Medvedyevin Ermənistana ikigünlük rəsmi səfəri başlayıb. Son vaxtlar iki dövlət arasında başlıca müzakirə mövzularından biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır.  RF xarici işlər naziri Sergey Lavrovun oktyabrın 3-də İrəvana səfəri zamanı da bu barədə söhbət gedib. Lavrovun səfəri ABŞ Dövlət Departamentinin nümayəndəsi, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri Metyu Brayzanın İrəvana Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımaq çağırışı ilə üst-üstə düşüb.

ABŞ Dövlət Katibinin müavini Daniel Frid və NATO - nun Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Robert Simmonsun ötən həftənin sonunda İrəvana blits - səfərləri də ABŞ - ın bu münaqişənin nizamlanmasında maraqlı olduğundan xəbər verir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991- ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992 - 1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır. 

Analitiklərin rəyinə görə, bu səfərlərdən sonra Dağlıq Qarabağ probleminin qəti həllindən danışmaq tez olsa da, Ermənistan - Azərbaycan münaqişəsi zonasında hərbi əməliyyatların mümkünlüyünün minimallaşmasına təxminən əmin olmaq olar.

Azərbaycanlı politoloq Rasim Musabəyovun sözlərinə görə, bu səfərlər nizamlama üzrə ya hərbi əməliyyatlarının bərpası imkanlarını minimallaşdıracaq, ya da, ümumiyyətlə, gündəlikdən çıxaracaq praktiki addımların başlamasından xəbər verir. Rusiyada da, Qərbdə də anlayırlar ki, genişmiqyaslı silahlanma yarışı başlayır, Azərbaycan güclənir. Balansı saxlamaq və Ermənistanı pulsuz silahla təmin etmək isə, sərfəli deyil - bu heç kimə dividend gətirmir,- ekspert hesab edir.

Markedonov da Dağlıq Qarabağ probleminin müzakirəsində militarist ritorikanın yox olması faktını RF və Qərbin Ermənistana qarşı siyasətinin ən vacib nailiyyəti hesab edir.

"Hər iki tərəfdən konstruktivizm yaranıb və hələ ki, məsələnin həllinin hər iki tərəfi qane edəcək legitim formulasının axtarışı gedir", - Siyasi və Hərbi Təhlil İnstitutunun millətlərarası münasibətlərin problemləri şöbəsinin rəhbəri Markedonov telefonla Trend - a bildirib.

Qafqaz üzrə avropalı ekspert Liçiniya Simaonun (Licinia Simao) rəyinə görə, bu münaqişənin həlli üçün həlledici məqamdır. "Bir müddət əvvəl Cənubi Osetiyada baş verən hadisələrdən sonra ümumilikdə bütün Qafqaz regionuna beynəlxalq yardım və vasitəçilik səyləri başlıca nəticə olacaq", - University of Coimbra-nın əməkdaşı bildirib.

Medvedyevin səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinin dönüş nöqtəsi olmalıdır, türkiyəli politoloq Sinan Oğan hesab edir. "Hər iki tərəf Dağlıq Qarabağ probleminin həllinə yaxınlaşıb", - Avrasiya Araşdırma Mərkəzinin direktoru Oğan telefonla Trend -a bildirib.

Ermənistanın Türkiyənin Qafqazdakı münaqişələrin tənzimlənməsini nəzərdə tutan "Qafqazda təhlükəsizlik və sabitlik Platformasını" təqdir etməsi problemin həllində başlıca irəliləyiş olub.

Rusiya və Türkiyə sentyabrın əvvəlində beş ölkə - Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və Ermənistan üçün "Qafqazda təhlükəsizlik və sabitlik Platforması"nın yaradılması üzrə planın realizəsinə başlayıb.

Türkiyə Moskva ilə sıx əməkdaşlıqda öz üzərinə regionda sabitliyin dəstəklənməsində aparıcı rol götürüb, - Simao hesab edir. Onun sözlərinə görə, Azərbaycan da Qərb və Rusiyanın maraqları üçün mərkəzi oyunçudur və indi RF, Türkiyə və Qərbin birgə səyləri ilə ölkələr arasındakı münaqişənin tənzimlənməsi üçün ilkin zəminlər var.

Oğan, Rusiya və Qərbin Türkiyə və Ermənistanın yaxınlaşmasında maraqlı olmasını Gürcüstandakı hadisələrdən sonra Ermənistanın tamamilə təcrid olunması ilə izah edir və bu problemin həlli Ermənistanın iqtisadi blokadasını aradan qaldıra bilər.

Lakin yalnız Dağlıq Qarabağla bağlı bütün problemlərin qəti həllindən söhbət getmir.

Biz rəsmi səfərlərlə əbəs yerə ümid bəsləyirik, - Makredonov hesab edir. - Bu səfərlər artıq getməkdə olan nizamlama prosesini tamamlamaq üçün nəzərdə tutulub və tərəflərdən birinin qələbəsini deyil, hər iki tərəfin qəbul edəcəyi güzəşti nəzərdə tutsaq, münaqişənin tezliklə həll olunacağına heç bir zəmin görmürəm.

Rusiyalı politoloqun rəyi ilə razılaşan Musabəyov bildirib ki, münaqişə tezliklə həll edilməyəcək. Bütün prosesin çətinliyi nəzrz alınarsa, hələ 10-15 il məsələ həll olunmayacaq,-  o bildirib.

"Hazırda gündəlikdə dayanan məsələ elə bir formulanın tapılmasıdır ki, onun yardımı ilə Ermənistan Qarabağdan kənardakı əraziləri tərk edəcək və Azərbaycanın işğal olunmuş ərazilərini azad edəcək. Bu isə az deyil", - müstəqil ekspert Musabəyov Trend ­-a bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti