Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir N.Abdullayeva/ Dağlıq Qarabağ münaqişəsi beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir, - Litva prezidenti Valdas Adamkus cümə axşamı jurnalistlərə bildirib.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
"Ölkəyə məxsus olan ölkəyə məxsus olmalıdır", - Adamkus bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]