...

Azərbaycan və Ermənistan prezidentləri gələn ilin əvvəlində görüşəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2008 12:06 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri  gələn ilin əvvəlində görüşəcəklər

Azərbaycan, Bakı, 12 dekabr/ Tren , müxbir İ.Əlizadə/ Azərbaycan və Ermənistan prezidentləri gələn ilin əvvəlində görüşəcəklər.

Azərbaycan Prezident Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov cümə günü jurnalistlərə bildirib ki, Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşü 2009-cu ilin əvvəlində keçiriləcək. Dəqiq tarix və yer hələ razılaşdırılacaq.

Prezidentlər arasında danışıqların aparılması barədə razılaşma ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin dekabrın 4-5-də Helsinkidə keçirilən iclasında iştirak çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüşündə əldə olunub.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 -ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır

Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə noyabrın 2-də Moskvada Rusiya prezidentinin iştirakı ilə görüşüblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti