...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2009 10:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 28-də saat 19.30-dan 19.45-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonu Ağbulaq kəndi ərazisində yerləşən mövqelərini, saat 18.20-dən 18.45-dək və martın 29-da saat 00.10-dan 00.15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti