...

Azərbaycan parlamentinin spikeri Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkünlüyünə qarşıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2009 13:49 (UTC +04:00)
Azərbaycan parlamentinin spikeri Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkünlüyünə qarşıdır

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir C.Babayeva / 

Türkiyə-Ermənistan sərhədlərinin mümkün açılması Azərbaycanın xeyrinə deyil. Bu barədə cümə günü parlamentin iclasında Azərbaycan Milli Məclisinin (parlament) spikeri Oqtay Əsədov bildirib.

ABŞ prezidenti Barak Obamanın aprelin 6-7-də Türkiyəyə rəsmi səfəri zamanı Türkiyə-Ermənistan sərhədlərinin açılması və Ankara ilə Vaşinqton arasında bir sıra digər məsələlər müzakirə olunacaq. Bu barədə Türkiyənin "Hurriyyet" qəzeti xəbər yayıb.

Spikerin sözlərinə görə, bu məsələ bu yaxınlarda hər iki ölkə parlamentində təmsil olunan siyasi partiya nümayəndələrinin görüşündə müzakirə olunacaq.

Türkiyə və Ermənistan hələ 1993-cü ildə pozulan münasibətləri normallaşdırmağa çalışır. Iki ölkə arasında dimlomatik münasibətlərin pozulmasına Ermənistan tərəfinin qondarma "soyqrım"ın tanınmasına iddia etməsi ilə bağlı çevirdiyi antitürk kampaniyası, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi səbəb olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Türkiyə prezidenti Abdullah Gül, 2008-ci il 6 sentyabr tarixində Avropa Çempionatının qrup mərhələsi çərçivəsində Ermənistan ilə Türkiyə yığma komandaları arasında keçirilən futbol oyununu birgə seyr etmək üçün Yerevana səfər etməyə dair Ermənistan prezidenti Serj Sarkisyanın təklifini qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti