...

Ermənistan-Türkiyə əlaqələri Qarabağ münaqişəsi həll olunmadan bərpa oluna bilməz – Azərbaycan XİN rəhbərinin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2009 15:53 (UTC +04:00)
Ermənistan-Türkiyə əlaqələri Qarabağ münaqişəsi həll olunmadan bərpa oluna bilməz – Azərbaycan XİN rəhbərinin müavini

Ermənistan-Türkiyə əlaqələri yalnız Ermənistan-Azərbaycan münaqişəsi həllini tapdıqdan sonra mümkündür - Azərbaycanın rəsmi mövqeyi belədir. Bu barədə Azərbaycan XİN rəhbərinin müavini Mahmud Məmmədquliyev Mediamaks-ın rəsmi Bakının Ermənistanla Türkiyə münasibətlərinin bərpa olunması cəhdləri ilə bağlı sualına cavab verərkən bildirib. Məmmədquliyev Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatının XİN rəhbərləri Şurasının iclasında iştirak etmək məqsədi ilə Yerevandadır.

"Ermənistan-Türkiyə əlaqələrini biz iki ölkənin daxili işi sayırıq. Digər tərəfdən hadisələrin gedişatını maraqla izləyirik və düşünürük ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayınca Ermənistanla Türkiyə arasında əlaqələr bərpa oluna bilməz. Hesab edirik ki, bu məsələlər bir-biri ilə əlaqəlidir. Mövqeyimiz belədir", - Medimaks-ın sualını cavablandıran Məmmədquliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti