...

Həmsədrlər bu həftə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları davam etdirəcəklər – Merzlyakov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2009 17:38 (UTC +04:00)
Həmsədrlər bu həftə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları davam etdirəcəklər – Merzlyakov

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir E.Tariverdiyeva /

"Qarabağ məsələsinin həlli ətrafında danışıqlar bu həftə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı davam etdiriləcək", - Trend -a bazar ertəsi Moskvadan telefonla rusiyalı həmsədr Yuri Merzlyakov deyib.

Həmsədrlər Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə tərəflərin mövqelərinin yaxınlaşdırılması üzrə çalışmağa davam etmək niyyətindədirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. 

Vasitəçilərin Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü üzərində işləməsı gözlənilir.

Azərbaycan və Ermənistan prezidentlərinin mayın 7-də Praqada keçiriləcək sammit çərçivəsində görüşməsi ehtimalı var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti