...

Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflər sıçrayışa hazırlaşır – fransalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 May 2009 21:02 (UTC +04:00)

Çexiya, Praqa, 07 may / Trend , müxbir M.Xulpaxova /

Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflər sıçrayışa hazırlaşır. Bu barədə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye deyib.

"Biz sıçrayışa hazırlaşsaq da onu əldə etməmişik. İrəliləyiş var və gələn həftələrdə əldə ediləcək razılaşmaların periodik olaraq bir-birini əvəzləyəcəyinə ümid edirik", - Fasye Praqada jurnalistlərə deyib.

Aİ-nin cümə axşamı Praqadakı "Şərqi tərəfdaşlıq" üzrə sammitinə dəvət olunmuş Azərbaycan və Ermənistan prezidentləri ABŞ səfirliyində görüş keçirib, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Bugünkü görüş Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan arasında Dağlıq Qarabağ məsələsi üzrə sayca dördüncü yüksək səviyyəli görüş olub. Son görüş bu il yanvarın 28-də Sürixdə keçirilib. Birinci görüş ötən ilin iyununda Sankt-Peterburqda, ikincisi isə ötən ilin noyabrında Moskvada keçirilib.

Onun sözlərinə əsasən, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmadığını demək yanlış fikirdir.

"Ümid edirik ki, belə görüşlər zamanı iki ölkə nazirlərinin razılaşmasına əsaslanan bir sıra nailiyyətləri təsdiqləyə bilərik", - Fasye qeyd edib.

Məqalə müəlifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti