Azərbaycan, Lənkəran, 08 may / Trend , müxbir P.Əliyeva /
Yunanıstan Parlamentinin deputatı Dağlıq Qarabağ probleminin tezliklə həll ediləcəyinə inanır.
"Biz Dağlıq Qarabağ probleminin ATƏT-in Minsk qrupu çərçivəsində həll ediləcəyinə inanırıq", - cümə günü Trend -a Lənkəranda səfərdə olan Yunanıstan-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Konstantinos Tsiaras bildirib.
Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Yunanıstan-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Konstantinos Tsiarasın başçılıq etdiyi nümayəndə heyətinin mayin 6-dan Azərbaycana səfəri başlayıb. Səfər çərçivəsində Yunanıstan Parlamentinin nümayəndələri Oqtay Əsədovla görüşüblər.
Tsiaras bildirib ki, Dağlıq Qarabağ probleminin həll olunması regionun təhlükəsizliyi üçün önəmlidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]