Dağlıq Qarabağ münaqşəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye Yerevana gəlib. Armenia Today saytının verdiyi məlumata əsasən, Fasye Ermənistan rəhbərliyi ilə görüşlər keçirəcək.
Yerevandan sonra fransalı diplomat Tbilisi, Bakı və Ankarada olacaq. Həmsədrin səfərinin məqsədi region ölkələri başçıları ilə Qafqazda yaranmış vəziyyətlə bağlı məsləhətləşmələr aparmaqdan ibarətdir.