...

Dağlıq Qarabağdakı seçkilər qeyri-qanunidir - azərbaycanlı icması

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2009 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir C.Babayeva /

Dağlıq Qarabağın azərbaycanlı icması hesab edir ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən seçkilər qeyri-qanunidir.

"Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən seçkilər şəffaf və demokratik sayıla bilməz, çünki Dağlıq Qarabağ azərbaycanlılarının iştirakı olmadan keçirilir", - "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin qurultayında Şuşa rayonu İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. Cümə günü Bakıda "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin birinci qurultayı keçirilir, təşkilati məsələlər, həmçinin struktur islahatları müzakirə olunur. Azərbaycanlı icmasında 65 min nəfər təmsil olunur. "Dağlıq Qarabağdakı qeyri-qanuni seçkilər Ermənistanın işğalçı siyasətinin ört-basdır edilməsi məqsədilə keçirilir. İşğal olunmuş ərazilərdə keçirilən seçkilər bütün beynəlxalq hüquq normalarına ziddir", - Bayramov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti