...

Azərbaycan ombudsmanı beynəlxalq ictimaiyyəti qətiyyətli olmağa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2009 15:22 (UTC +04:00)
Azərbaycan ombudsmanı beynəlxalq ictimaiyyəti qətiyyətli olmağa çağırır

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir C.Babayeva /

"Beynəlxalq təşkilatlar Ermənistan tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərə kompensasiya ödənilməsi məsələsində qətiyyət nümayiş etdirmirlər", - cümə günü "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin qurultayında çıxış edərkən Azərbaycanın ombudsmanı Elmira Süleymanova deyib.

"Beynəlxalq təşkilatların nümayəndələri və xarici ölkələrin rəsmi şəxsləri ilə görüşlər zamanı Ombudsman Aparatı daim bu məsələni qaldırır. Onlar Ermənistana qarşı yönəldilən bu tələbin ədalətli olduğunu qəbul edirlər, amma bu məsələdə qətiyyət nümayiş etdirmirlər", - Süleymanova bildirib.

Cümə günü Bakıda "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin birinci qurultayı keçirilir, təşkilati məsələlər, həmçinin struktur islahatları müzakirə olunur. Azərbaycanlı icmasında 65 min nəfər təmsil olunur.

"Azərbaycanda gündən-günə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır", - ombudsman deyib. "Bu sahədə həll olunmamış problemlər var, amma mən inanıram ki, onlar da həllini tapacaq", - o qeyd edib.

"Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq Azərbaycanın tərəfindədir", - o bildirib. "Azərbaycanın iqtisadi inkişafı və beynəlxalq cəmiyyətdəki nüfuzu ölkəyə bu münaqişəyə son qoymaq imkanı verəcək", - Süleymanova deyib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti