...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyun 2009 10:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 9-da saat 14:50-dən 15.05-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrnin Tovuz rayonu ərazisindəki adsiz yüksəkliklərdə yerləşən üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti