...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyun 2009 10:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir KşZərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 18-da saat 16:27-dən 16:37-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.10-dan 21.20-dək və 22.20-dən 22.25-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdən və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.15-dən 23.20-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 19-da saat 05.50-dən 06.00-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti