...

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Parisdə görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2009 11:49 (UTC +04:00)
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Parisdə görüşəcək

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovun və Edvard Nalbandyanın Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti danışıqları iyunun 26-da Parisdə baş tutacaq, bu barədə bazar ertəsi jurnlistlərə Azərbaycan Prezidentinin xüsusi nümayənəsi, xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

İki ölkənin xarici işlər nazirləri arasında əvvəlki danışıqlar Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın iyunun 4-də Sankt-Peterburdakı görüşü çərçivəsində keçirilib.  

Bu görüş prezidentlər arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yüksək səviyyədə keçirilmiş beşinci görüşdür. Əvvəlki görüşlər iyunun 7-də Praqada keçirilib. İlk danışıqlar ötən ilin iyun ayında Sankt-Peterburqda, ikinci 2008-ci ilin noyabr ayının sonunda, üçüncü isə bu ilin yanvar ayının 28-də Sürixdə ba. tutub.

"Mənim fikrimcə? prezidentlər bir daha görüşmək istəyirlər, lakin bu görüşün vaxtını dəqiq deyə bilmərəm, bu, onların iş qrafiklərindən asılıdır", - deyə amerikalı həmsədr Metyu Brayza Sankt-Peterburq görüşündən sonra Trend Trend -a bildirmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti