...

RF, Azərbaycan və Ermənistan liderləri iyulun 18-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2009 17:26 (UTC +04:00)
RF, Azərbaycan və Ermənistan liderləri iyulun 18-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri iyulun 18-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər. Bu barədə jurnalistlərə RF Prezidentinin köməkçisi Sergey Prixodko çərşənbə günü bildirib. RİA Novosti yazır.

"Bu görüş yəqin ki, iyulun 18-də Kremldə keçiriləcək. Hər hansı bir sənədin imzalanması nəzərdə tutulmayıb, ümumiyyətlə qarşıya belə bir məqsəd qoyulmayıb", - deyə Prixodko bildirib.

Prezident köməkçisinin sözlərinə görə, Rusiya ona əsaslanır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli müşahidə edilən perspektivdə mümkün ola bilər.

"Əsas məsələ hər iki tərəfin mövqeyini yaxınlaşdırmaqdır", - Prixodko bildirib.

O, qeyd edib ki, Rusiyanın münaqişənin nizamlanmasına dair səyləri təkcə Ermənistan və Azərbaycan tərəfindən deyil, həmçinin bir çox ölkələrin, o cümlədən ABŞ və Fransa tərəfindən dəstəklənir. 

Xəbər lenti

Xəbər lenti