...

Türkiyənin rəsmi şəxsləri Azərbaycana verdikləri vədə sadiq qalmayacaqları təqdirdə düzgün hərəkət etməyəcəklər - Süleyman Dəmirəl

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2009 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , R.Hafizoğlu/

Türkiyənin rəsmi şəxsləri Dağlıq Qarabağ münaqişəsi nizamlanmayanadək Türkiyə-Ermənistan sərhədlərinin açılmasının qeyri-mümkünlüyü barədə Azərbaycana verdikləri vədə sadiq qalmayacaqları təqdirdə düzgün hərəkət etməyəcəklər. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl belə hesab edir. Məlumatı CNN Türk yayıb.

"Türkiyədə Türkiyə-Ermənistan əlaqələrinin bərpasını istəməyən adam yoxdur. Lakin bu əlaqələrin kəsilməsi səbəbləri barədə də düşünmək lazımdır, bu səbəblər isə indiyədək aradan qaldırılmayıb", - Dəmirəl bildirib.

"Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair müqavilənin oktyabrın 10-da imzalanması planlaşdırılır", - Trend -a eksklüziv müsahibəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirmişdi.

"Azərbaycan xalqına və rəsmi şəxslərinə vəd verilib. Əgər bu vədə sadiq qalmasaq, biz onları məyus edə bilərik", - sabiq prezident bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti