Azərbaycan, Bakı, 9 oktyabr / Trend , müxbir K.Zərbəliyeva/
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 12-də Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolu yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik və onun səhra köməkçisi İrci Aberle və Piter Ki keçirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri polkovnik-leytenant İmre Palatinus, Caslan Nurtazin və Vladimir Çontulov keçirəcəklər.