...

ABŞ Konqresi Qafqazdakı danışıqlara daha çox diqqət ayırmalıdır – fraksiya həmsədri Robert Veksler

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Oktyabr 2009 16:31 (UTC +04:00)
ABŞ Konqresi ermənilərin 1915-ci ildəki qondarma "soyqırım" iddiasının tanınması problemindənsə Qafqazdakı danışıqlara daha çox diqqqət ayırmalıdır. Bu barədə Konqresin ABŞ-Türkiyə əlaqələri üzrə fraksiyasının həmsədri Robert Veksler Trend News-a bildirib.
ABŞ Konqresi Qafqazdakı danışıqlara daha çox diqqət ayırmalıdır – fraksiya həmsədri Robert Veksler

ABŞ, Vaşinqton, 23 оktyabr / Trend , müxbir N.Boqdanova/

ABŞ Konqresi ermənilərin 1915-ci ildəki qondarma "soyqırım" iddiasının tanınması problemindənsə Qafqazdakı danışıqlara daha çox diqqqət ayırmalıdır. Bu barədə Konqresin ABŞ-Türkiyə əlaqələri üzrə fraksiyasının həmsədri Robert Veksler Trend -a bildirib.

Veksler gələn il Konqresi tərk etmək niyyətindədir. O, Yaxın Şərq barışığı və İqtisadi Əməkdaşlığı üzrə Mərkəzin rəhbəri vəzifəsini tutacaq.

İki ermənipərəst senator - Robert Menendez və Con Ensayn ABŞ Senatına qondarma "erməni soyqırımı" haqqında qətnamə təqdim ediblər.

Veksler hesab edir ki, Qafqazdakı danışıqların fonunda "soyqırım" məsələsinin müzakirəsi o qədər də vacib deyil.

Oktyabrın 10-da Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollarda deyilir ki, "erməni soyqırımı" faktını araşdırmaq üçün hökümətlərarası birgə komissiya yaradılacaq. Daha əvvəl erməni tərəfi Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə komissiya yaradılması barədə təklifindən imtina etmişdi. Onlar bəyan edirdilər ki, belə bir hadisənin olduğuna şübhə etmirlər.

"Erməni soyqırımı" barədə qətnamənin ABŞ Senatına Türkiyə-Ermənistan protokollarının imzalanmasından sonra təqdim olunması faktı təəccüblüdür", - Türkiyə diasporunun ABŞ-dakı nümayəndəsi Qayahan Mete Trend -a deyib.

Türkiyə hökuməti bəyan edir ki, Türkiyə ilə Ermənistan arasındakı protokollar Qafqazdakı münaqişələrin, ilk növbədə isə Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilib.

Qayahan ümid edir ki, Konqres "erməni soyqırımı" qətnaməsini qəbul etməyəcək.

Keçən həftə Türkiyə-ABŞ fraksiyası üzvlərinin Konqresdəki sayı yüz nəfərə çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti