...

Qazaxıstan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların aparılması üçün öz ərazisini verməyə hazırdır - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Noyabr 2009 18:48 (UTC +04:00)
Qazaxıstan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların aparılması üçün öz ərazisini verməyə hazırdır. Bu barədə Qazaxıstanın xarici işlər nazirinin birinci müavini Konstantin Jiqalov cümə günü təşkil edilən dövlət sistemlərinin təkmilləşdirilməsi üzrə akademik simpoziumda bildirib.
Qazaxıstan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların aparılması üçün öz ərazisini verməyə hazırdır - XİN

Qazaxıstan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların aparılması üçün öz ərazisini verməyə hazırdır. Bu barədə Qazaxıstanın xarici işlər nazirinin birinci müavini Konstantin Jiqalov cümə günü təşkil edilən dövlət sistemlərinin təkmilləşdirilməsi üzrə akademik simpoziumda bildirib. Məlumatı Kazinform yazır.

Xarici siyasət idarəsinin vitse-nazirinin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində müsbət tendensiya qeyd edilir.

"Biz Rusiya Federasiyasının və hər şeydən əvvəl Prezident Medvedevin vasitəçilik səylərini son dərəcə müsbət qiymətləndiririk. Xüsusilə də Rusiyanın vasitəçiliyi sayəsində Azərbaycan və Ermənistan rəhbərliklərinin yüksək səviyyədə silsilə görüşləri təşkil olunub", - Jiqalov deyib.

Onun sözlərinə görə, Qazaxıstan öz növbəsində bu istiqamətdə fəal rol oynamaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti