...

Azərbaycanda ötən ay 2 618 691 kvadratmetr ərazi minalardan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2009 13:12 (UTC +04:00)
Bu barədə çərşənbə günü Trend News-a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda ötən ay 2 618 691 kvadratmetr ərazi minalardan təmizlənib

Azərbaycan, Bakı, 2 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən ay 2 618 691 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib.

Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlar zamanı 26 395 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 425 mütəxəssis, 115 yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək 118 320 758 kvadratmetr ərazi mina və PHS-lərdən təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 530 787 olub.

ANAMA tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa, Göygöl rayonlarında və Bakı şəhərinin Qaradağ rayonunun ərazisində aparılır.

Noyabr ayında mina/PHS hadisəsi baş verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti