...

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeganə formatdır – İsveçin XİN rəhbəri Karl Bildt

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Dekabr 2009 13:48 (UTC +04:00)
"Şərq tərəfdaşlığı" Cənubi Qafqazda dondurulmuş münaqişələrin nizama salınması üçün platforma deyil. Bunun üçün ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupu kimi mexanizm mövcuddur. Bu barədə İsveçin xarici işlər naziri Karl Bildt Brüsseldəki mətbuat konfransı zamanı deyib.
ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeganə formatdır – İsveçin XİN rəhbəri Karl Bildt

Belçika, Brüssel, 09 dekabr / Trend , müxbir T.Mahmud/

"Şərq tərəfdaşlığı" Cənubi Qafqazda dondurulmuş münaqişələrin nizama salınması üçün platforma deyil. Bunun üçün ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupu kimi mexanizm mövcuddur. Bu barədə İsveçin xarici işlər naziri Karl Bildt Brüsseldəki mətbuat konfransı zamanı deyib..

"Azərbaycan və Ermənistan arasında keçirilən görüşlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin sürətlənməsinə kömək edəcək", - nazir deyib.

"Şərq tərəfdaşlığı" - siyasi qonşuluq çərçivəsində Aİ ilə post sovet ölkələrinin münasibətlərini yaxşılaşdırmağa yönəlmiş Polşa-İsveç təşəbbüsüdür. Proqram martın 20-də Ai-nin iclasında təsdiqlənib. "Şərq tərəfdaşlığı"nın təsisçi sammiti may ayının 7-də təşkil ediləcək. "Şərq tərəfdaşlığı" Avropa Şurasının altı qonşu-ölkəsini: Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukraynanı əhatə etməlidir. Proqram çərçivəsində AŞ ölkələrə 2009-2013-cü illərdə 600 milyon avro ayıracaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti