...

Dağlıq Qarabağ münaqişəsinin həlli kompromisə getmədən mümkün deyil – britaniyalı diplomat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Dekabr 2009 13:14 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli kompromissiz mümkün deyil, Böyük Britaniyanın Cənubi Qafqazda regional münaqişələrə dair Gürcüstandakı səfirinin müşaviri Keyt Uayt (Kate Whyte) hesab edir.
Dağlıq Qarabağ münaqişəsinin həlli kompromisə getmədən mümkün deyil – britaniyalı diplomat

Gürcüstan, Tbilisi, 09 dekabr / Trend , müxbir C.Babayeva/

Dağlıq Qarabağ münaqişəsinin həlli kompromissiz mümkün deyil, Böyük Britaniyanın Cənubi Qafqazda regional münaqişələrə dair Gürcüstandakı səfirinin müşaviri Keyt Uayt (Kate Whyte) hesab edir.

"Böyük Britaniya ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir. Bu o demək deyil ki, biz Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə yönəlmiş digər təşəbbüsləri dəstəkləmirik", - müşavir İ.Çavçavadze adına Tbilisi Dövlət Universitetində, Beynəlxalq Qafqaz araşdırmalar məktəbinin təşkil etdiyi "Böyük Britaniyanın Cənubi Qafqazdakı siyasəti" mövzusunda mühazirə zamanı Trend -un suallarına cavab verərkən deyib.

Böyük Britaniya həmçinin münaqişənin sülh yolu ilə həll edilməsi tərəfdarı olan Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrini dəstəkləyir.

Böyük Britaniyanın Gürcüstandakı səfiri Denis Kif əlavə edib ki, Böyük Britaniya bütün münaqişələrin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. "Hesab edirəm ki, Dağlıq Qarabağda daha bir müharibə fəlakət törədəcək", - Kif deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti