...

Obama Administrasiyasının diqqətini Qarabağ məsələsinə yönəltməsi Türkiyə üçün vacibdir -XİN rəhbəri Əhməd Davudoğlu (MÜSAHİBƏ)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Dekabr 2009 13:02 (UTC +04:00)
Trend News-un Türkiyənın xarici işlər naziri Əhməd Davudoğlu ilə eksklüziv müsahibəsi.
Obama Administrasiyasının diqqətini Qarabağ məsələsinə yönəltməsi Türkiyə üçün vacibdir -XİN rəhbəri Əhməd Davudoğlu (MÜSAHİBƏ)

ABŞ, Vaşinqton, 08 dekabr / Trend , müxbir N.Boqdanova/

Trend -un Türkiyənın xarici işlər naziri Əhməd Davudoğlu ilə eksklüziv müsahibəsi.

- Siz Baş nazir Ərdoğanın Vaşinqtona səfəri zamanı onu müşayiət etmisiniz, bir çox məsələlər müzakirə edildi. Dağlıq Qarabağ məsələsi danışıqlarda hansı yeri tuturdu?

- Bu ən əsas məsələ idi. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində bu an hansı həssas məqamların olduğunu Obama Administrasiyasına çatdırmaqda maraqlıdır.

ABŞ-a getməzdən əvvəl mən azərbaycanlı diplomatlarla danışıqlar apardım, biz onlarla çox tez-tez görüşürük. Obama Administrasiyasının bu mövzuya diqqət yetirməsi Türkiyə üçün vacibdir. Biz Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinə ciddi marağının şahidi olduq.

Mən dəfələrlə demişəm və yenə təkrar etmək istəyirəm, Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşdırılması prosesi Dağlıq Qarabağ prosesinin beynələxalq arenada saxlanılması üçün katalizator olub və olacaq. Bizim cəhdlərimiz məhz budur və bu istiqamətdədir.

Biz Azərbaycan xalqına demək istərdik ki, əmin olun, biz sizinləyik.

- Türkiyə və Ermənistan münasibətlərinin normallaşdırılmasında növbəti mərhələ hansıdır? Vaşinqtonda Ərdoğan bildirib ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ prosesində cəhdlərini fəallaşdırmalıdır...

-Bəli, elə bu da növbəti addım olacaq. Bizim Baş nazirin dediyi kimi, biz Amerika Prezidenti Administrasiyasına izah etdik ki, Dağlıq Qarabağ məsələsi həll olunmadan regionda sülhə nail olmaq mümkün deyil.

- Bu gün Vaşinqtonda həmçinin "Nabukko" qaz-kəməri layihəsi müzakirə olunub. Azərbaycanla Türkiyə arasında bu məsələ üzrə danışıqlar hansı mərhələdədir?

- Bizim Baş nazir bildirib ki, "Nabukko" qaz kəməri layihəsində qazın 10 faizi Azərbaycanın payına düşür. Əslində, qazın qalan hissəsi də Azərbaycandan tədarük olunacaq, lakin bu, BP və digər müəyyən şirkətlərin hamiliyi altında baş verəcək.

Mən düşünürəm ki, ölkələrimiz arasında tranzit qiymətləri ilə bağlı problem həll olunandır. Hazırda bizim nümayəndə heyətimiz bu mövzunu Azərbaycanla müzakirə edir. Azərbaycanla Türkiyənin regiondakı bir sıra məsələlərə dair mövqeləri eynidir. "Nabukko" da bu məsələlərdən biridir.

Xəbər lenti

Xəbər lenti