...

Azərbaycan 2009-cu ildə dünya siyasi arenasında öz mövqeyini möhkəmləndirib – azərbaycanlı politoloqlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Dekabr 2009 16:43 (UTC +04:00)
2009-cu il Azərbaycan üçün yalnız ölkənin beynəlxalq arenada eşidilməsi ilə deyil, həmçinin öz mövqeyini kifayət qədər möhkəm qoruyub saxlaması ilə yadda qalan olub. Bunu cümə axşamı 2009-cu ilin yekununa həsr olunmuş mətbuat konfransında politoloq Rasim Musabəyov deyib.
Azərbaycan 2009-cu ildə dünya siyasi arenasında öz mövqeyini möhkəmləndirib – azərbaycanlı politoloqlar

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir M.Əliyev/

2009-cu il Azərbaycan üçün yalnız ölkənin beynəlxalq arenada eşidilməsi ilə deyil, həmçinin öz mövqeyini kifayət qədər möhkəm qoruyub saxlaması ilə yadda qalan olub. Bunu cümə axşamı 2009-cu ilin yekununa həsr olunmuş mətbuat konfransında politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Azərbaycan Kosovanın müstəqilliyinin tanınmaması faktına dair öz mövqeyini də qoruyub saxlayıb.

"TürkiyəErmənistan arasında protokolların imzalanmasına və ABŞ Prezidenti Barak Obamanın çağırışına baxmayaraq, Azərbaycan öz mövqeyini yumşaltmayıb və Türkiyədə keçirilən iclasda iştirak etməyib", - politoloq deyib.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyə XİN rəhbərləri Türkiyə və Ermənistan münasibətlərinin normallaşdırılması haqqında protokollar imzalayıblar. İki ölkə arasında münasibətlər 1993-cü ildən pozulub.

Onun sözlərinə görə, Azərbaycan qazın qiyməti məsələsi də daxil olmaqla, öz maraqlarından əl çəkməyib. Politoloq 2010-cu ildə Dağlıq Qarabağ probleminin həllində müəyyən nəticələrin əldə olunacağına dair ümidini ifadə edib.

Musabəyov həmçinin deyib ki, ABŞ uzun illər boyunca Ermənistana maliyyə yardımı göstərib. Bu gün isə Azərbaycan hazırkı şəraitdə ölkənin adekvat reaksiyası barədə bütün səsiylə danışır.

Onun həmkarı Rasim Ağayevin fikrincə, Azərbaycan beynəlxalq diplomatik arenada elə də uzun zaman iştirak etmir, buna görə də öz mövqeyini son illər stabilləşdirib. "Əsas odur ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ probleminə diqqət yetirib", - o hesab edir.

"Əgər biz problemi sülh yolu ilə həll etmək niyyətindəyiksə, bu zaman xarici və daxili siyasətdə müntəzəm olmalıyıq", - Ağayev deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Analitik Fikrət Sadıxovun fikrincə, hazırkı mərhələdə ABŞ və digər ölkələrdəki Azərbaycan diasporları ilə daha sıx işləmək lazımdır.

"Konsertlərin, mədəni tədbirlərin təşkil edilməsi ABŞ-da təsirimizin artımına yardım etmir, - Sadıxov deyib. - ABŞ ziyalıları arasında işi gücləndirmək, milli mövqeyimizə təkan verən maliyyələşdirmə ilə məşğul olmaq lazımdır".

Dağlıq Qarabağ problemi ilə bağlı politoloq qeyd edib ki, münaqişənin həll edilməməsi regionda iri layihələrin reallaşdırılması ilə əlaqədar dünyanın aparıcı dövlətləri üçün maneədir.

Türkiyə və Ermənistan münasibətlərinin normallaşdırılması prosesini şərh edən Sadıxov deyib ki, protokol razılaşma üçün ən asan variantdır, buna görə də ölkələr məhz onu seçiblər.

Ağayevin fikrincə, ilkin olaraq Türkiyə və Ermənistan niyyət protokolu imzalamaq istəyiblər, lakin sonra qərara gəliblər ki, bu çox əhəmiyyətsiz addımdır.

Musabəyov hesab edir ki, əgər protokollar ratifikasiya edilərsə, bu, Ermənistanı pis vəziyyətdə qoyacaq. "Bunu, Ermənistan Prezidentinin beynəlxalq müqavilələr haqqında qanunvericiliyə ölkənin imzasının geri çağırılması imkanlarını nəzərdə tutan düzəlişlər barədə təkliflə çıxış etməsi ilə izah edirlər", - o deyib.

Xəbər lenti

Xəbər lenti