...

2010-cu il Azərbaycanda Qarabağ ili olacaq - politoloq Mübariz Əhmədoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Yanvar 2010 15:31 (UTC +04:00)
"2010-cu il Azərbaycanda Qarabağ ili olacaq", -bu barədə Azərbaycanın Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru politoloq Mübariz Əhmədoğlu çərçənbə günü Trend agentliyinin mətbuat mərkəzində 2009-cu ilin yekunlarına həsr edilən brifinqdə deyib.
2010-cu il Azərbaycanda Qarabağ ili olacaq - politoloq Mübariz Əhmədoğlu

Azərbaycan, Bakı, 06 yanvar / Trend , müxbir M.Əliyev/

"2010-cu il Azərbaycanda Qarabağ ili olacaq", -bu barədə Azərbaycanın Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru politoloq Mübariz Əhmədoğlu çərçənbə günü Trend agentliyinin mətbuat mərkəzində 2009-cu ilin yekunlarına həsr edilən brifinqdə deyib.

Onun sözllərinə görə, artıq ikinci ildir ki, bir-birinin ardınca böyük dövlətlərin adından Dağlıq Qarabağla bağlı mühüm bəyanatlar imzalanır. "Hər üç prinsip - güc tətbiq etmə, ərazi bütövlüyünün tanınması və müstəqil yaşama hüququ daha əvvəl də müzakirə edilib. Lakin məhz Afinada ATƏT XİNŞ-nın iclasında bu prinsiplər konkret sənədlərdə öz əksini tapıb", politoloq deyib.

Bundan əlavə, Əhmədoğlu ona da diqqət yönəldib ki, əvvəlki müraciətlərdən fərqli olaraq Ermənistan Prezidenti Serj Sarkisyan yeni il müraciətində "Dağlıq Qarabağ" və "Arsax" sözləri işlətməyib.

Lakin onun sözlərinə görə, Ermənistanın hakim partiyası hirslidir, Qərb dövlətləri bu ölkəylə danışıqlar aparan zaman buna diqqət yetirməlidirlər.

2009-cu ildə Azərbaycanın uğurları kimi hərbi sənayenin ikişafını göstərmək olar ki, bu da Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm əhəmiyyət kəsb edəcək.

Mərkəzin direktoru hesab edir ki, münaqişənin həllində İranın vasitəçilik imkanı regionda prosesləri aktivləşdirə bilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti