...

Azərbaycanlı politoloqlar Rusiyanı Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini müəyyənləşdirməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Yanvar 2010 14:51 (UTC +04:00)
Azərbaycanın müstəqil politoloqları Rusiyanı Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini müəyyənləşdirməyə çağırır.
Azərbaycanlı politoloqlar Rusiyanı Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini müəyyənləşdirməyə çağırır

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycanın müstəqil politoloqları RusiyaDağlıq Qarabağ münaqişəsinə dair mövqeyini müəyyənləşdirməyə çağırır.

"Nəhayət Rusiya bütün "yarımçıq fikirlərinə" nöqtə qoymalı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair öz mövqeyini dəqiq bildirməlidir", - politoloq Rasim Musabəyov hesab edir.

"Rusiya və Qərb Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələlərini bir-birindən ayırırlar, bununla əlaqədar olaraq Azərbaycan yeni təşəbbüslə çıxış etməlidir", - politoloq cümə günü həmin məsələyə həsr olunmuş dəyirmi masada deyib.

"Ermənistan Prezidenti Serj Sarkisyanın yanvarın 18-də Moskvaya planlaşdırılan səfəri Rusiyanın dəstəyini qazanmaq üçün növbəti bir cəhddir, Ermənistanın siyasi elitası hazırda Moskvanın mövqeyindən ciddi narahatdır", - politoloq Zərdüşt Əlizadə deyib.

Politoloq Fikrət Sadıxov hesab edir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevana səfəri onu göstərir ki, Türkiyə-Ermənistan yaxınlaşması prosesinə diqqət azalıb və indi Dağlıq Qarabağ münaqişəsinə dair mövqeni müəyyən etmək lazımdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti