...

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ üzrə danışıqları davam etdirməyə hazırdır – ATƏT-in Minsk qrupu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2010 14:47 (UTC +04:00)
ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla görüşü zamanı hər iki prezident danışıqlara ciddi yanaşdıqlarını təkrar təsdiq edərək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin davam etdirilməsinə hazır olduqlarını ifadə ediblər.
Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ üzrə danışıqları davam etdirməyə hazırdır – ATƏT-in Minsk qrupu

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir Y.Ostapenko/

ATƏT-in Minsk qrupu həmsədrlərinin AzərbaycanErmənistan prezidentləri İlham ƏliyevSerj Sarkisyanla görüşü zamanı hər iki prezident danışıqlara ciddi yanaşdıqlarını təkrar təsdiq edərək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin davam etdirilməsinə hazır olduqlarını ifadə ediblər. Bu barədə Minsk qrupunun məlumatında deyilir.

Yanvarın 21-də ATƏT-in Minsk qrupu həmsədrləri Bakıda Prezident İlham Əliyevlə görüşüb. Bundan bir gün əvvəl həmsədrlər Yerevanda Ermənistan Prezidenti Serj Sarkisyanla görüş keçirmişdi. Sarkisyana 2007-ci il Madrid sənədinin münaqişənin nizamlanmasına dair "baza prinsipləri"nin son xülasəsini özündə əks etdirən yenilənmiş versiyası təqdim edilib. Əvvəlcə ötən ilin dekabr ayında Minsk qrupu həmsədrlərinin səfəri zamanı sənədin həmin yenilənmiş versiyası Azərbaycan Prezidentinə təqdim olunmuşdu.

2007-ci ilin noyabrında ATƏT-in Madrid sammitində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə rəsmən təqdim edilən Minsk qrupunun təklifi bugünkü danışıqların əsasını təşkil edir. Bu təkliflər həmçinin "baza prinsipləri" kimi tanınır.

Bu təkliflər Dağlıq Qarabağın qəti statusunun ümumxalq səsverməsi yolu ilə, son mərhələdə sülh yolu ilə müəyyən etməyi nəzərdə tutur, bundan sonra güc tətbiq etməkdən imtina etmək, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən tədricən çıxarılması, yerlərindən didərgin salınmış şəxslərin öz evlərinə qaytarılması, ticarət və əlaqələrin bərpa edilməsi daxil olmaqla, digər tədbirlər görüləcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti