...

İran Dağlıq Qarabağın Azərbaycana qaytarılması üzrə həmişə səy göstərib və göstərəcək - İran parlamentinin vitse-spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2010 13:42 (UTC +04:00)
"İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkliyir və beynalxalq təşkilatlarda Dağlıq Qarabağın Azərbaycana qaytarılması üzrə həmişə səy göstərib və göstərəcək", İran parlamentinin vitse-spikeri Məhəmməd Rıza Bahünər (Mohammad Reza Bahonar) deyib.
İran Dağlıq Qarabağın Azərbaycana qaytarılması üzrə həmişə səy göstərib və göstərəcək - İran parlamentinin vitse-spikeri

Azərbaycan, Bakı, 21 fevral / Trend , müxbir D.Xatınoğlu/

"İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkliyir və beynalxalq təşkilatlarda Dağlıq Qarabağın Azərbaycana qaytarılması üzrə həmişə səy göstərib və göstərəcək", İran parlamentinin vitse-spikeri Məhəmməd Rıza Bahünər (Mohammad Reza Bahonar) deyib.

İran parlamentinin əksəriyyətini təşkil edən konservativlər fraksiyasının rəhbəri Bahünər Trend -a Tehrandan telefonla bildirib ki, Azərbaycan və İran arasında mədəni, dini, tarixi və strateji-siyasi əlaqələr hamı üçün məlumdur.

"Mən əminliklə deyə bilərəm ki, İran Azərbaycanın mənafeini öz mənafeindən ayrı bilmir. Biz bütün gücümüzlə Azərbaycanın mənafeini, o cümlədən Dağlıq Qarabağın qaytarılmasını, beynalxalq arenada müdafiə edəcəyik", - hakim partiyanı təmsil edən konservativlər fraksiyasının rəhbəri bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun fevralın 20-də Tehrana üçgünlük səfəri başlayıb. O, öz iranlı həmkarı Əli Laricani və İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili ilə görüşlər keçirib.

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğundan Trend -a verilən məlumata əsasən, Oqtay Əsədov fevralın 22-də Təbrizə səfər edəcək.

Bahünər Azərbaycan parlamentinin spikerinin Tehrana səfərini çox mühüm qiymətləndirib.

Onun sözlərinə görə, həm İran, həm Azərbaycan Parlamentlərinin hakimiyyətlərinə çox nüfuzları var və bununla da, iki ölkə hakimiyyətlərin bir-birinə daha da yaxınlaşmalarında mühüm rolları var.

Iran vitse-spikeri bildirib ki, dövlətlərdən fərqli olaraq parlamentlər yalnız protokollar çərçivəsində deyil, daha səmimi müzakirələr və söhbətlər edə bilərlər.

O bildirib ki, hazırda İran və Azərbaycan arasında münasibətlər yaxşıdır, ama bundan sonra daha sürətlə inkişaf etməlidir.

Xəbər lenti

Xəbər lenti