...

Azərbaycanın Gəncliyə Yardım Fondu Xocalı soyqırımına həsr olunmuş bir sıra tədbirlər təşkil edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2010 18:23 (UTC +04:00)
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu Xocalı soyqırımının 18-bi il dönümünə həsr olunmuş "Xocalı faciəsi xalqımızın qan yaddaşıdır" mövzusunda inşa yazı müsabiqəsi keçirib.
Azərbaycanın Gəncliyə Yardım Fondu Xocalı soyqırımına həsr olunmuş bir sıra tədbirlər təşkil edib

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir K.Əliyev/

Bakı şəhər Gənclər və İdman Baş İdarəsiAzərbaycan Respublikası Gəncliyə Yardım Fondu Xocalı soyqırımının 18-bi il dönümünə həsr olunmuş "Xocalı faciəsi xalqımızın qan yaddaşıdır" mövzusunda inşa yazı müsabiqəsi keçirib. Müsabiqə Bakı şəhər orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında təşkil edilib.

Tədbir şagirdlərin dünyagörüşünün genişləndirilməsi və Azərbaycan tarixinin öyrənilməsi yolu ilə gənclər arasında vətənpərvərlik səviyyəsinin yüksəldilməsi və fevralın 26-da Xocalı soyqırımında ölənlərin xatirəsini yad etmək məqsədi ilə keçirilib. Tədbirdə Xocalı faciəsini əks etdirən fotosərgi təşkil edilib. Tədbir çərçivəsində Xocalı faciəsini əks etdirən videoçarx təqdim edilib, Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtmaq üçün beynəlxalq təşkilatların e-mail ünvanlarına Xocalı faciəsini əks etdirən ətraflı məlumatlar göndərilib.

"Xocalı faciəsi xalqımızın qan yaddaşıdır" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən müvafiq dərəcəli diplomlarla və pul mükafatları ilə təltif olunub.

Binəqədi rayon 179 saylı orta ümumtəhsil məktəbinin X sinif şagirdi Rzayeva Lamiyə birinci, Xətai rayon 265 saylı orta ümumtəhsil məktəbinin X sinif şagirdi Tağıyeva Sünbül ikinci, Yasamal rayon 286 saylı orta ümumtəhsil məktəbinin XI sinif şagirdi isə üçüncü yerə layiq görülüb.

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun nümayəndələri fevralın 25-də Xocalı şəhəri 2 saylı orta məktəbin şagirdləri ilə görüş keçirib. Görüş zamanı şagirdlərə içərisində bütün məktəb ləvazimatları olan məktəbli çantası və müxtəlif geyim formaları hədiyyə edilib. Əsasən də Xocalı faciəsində valideynlərini itirmiş şagirdlərə xüsusi qayğı göstərilib.

Həmçinin bu gün Türkiyə Parlamentinin sədri Mehmet Əli Şahinin rəhbərliyi ilə Türkiyənin paytaxtı Ankara şəhərində "Qarabağ Suallar və Faktlar" kitabının türk dilində təqdimat mərasimi keçiriləcək. "Xocalıya Ədalət" kampaniyasının rəhbəri xanım Leyla Əliyevanın təşəbbüsü ilə kitab 2005-ci ildə nəşr edilib. Təqdimat mərasimində azərbaycanlı və türkiyəli bəzi millət vəkilləri və dövlət nümayəndələrinin iştirak etməsi gözlənilir. Mərasimdə kitabın nəşrə hazırlanmasında əvəzsiz rolu olan Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecimin çıxışı da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti