...

Almaniyada Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2010 19:35 (UTC +04:00)
Almaniyanın Kassel şəhərində Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə "İrəli" İctimani Birliyinin məlumatında deyilir.
Almaniyada Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir M.Əliyev/

Almaniyanın Kassel şəhərində Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə "İrəli" İctimani Birliyinin məlumatında deyilir.

"İrəli" İctimai Birliyindən əlavə, tədbirin təşkilatçısı Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniya-Azərbaycan Dialoqu Platforması və Türkiyəli Tələbələr Dərnəyidir.

Konfransın əsas məqsədi erməni terrorizminə dair faktları, həqiqətləri və 26 fevral 1992-ci il hadisələri barədə həqiqətləri Almaniya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Konfransın əsas iştirakçıları Leypsiq və Kassel universitetlərinin tələbələri və müəllimləri, həmçinin diplomatlar, ictimai xadimlər və KİV nümayəndələri olacaq.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı amansız qətliam törədilib, bir gecədə Xocalı şəhəri yerlə-yeksan edilib, dinc əhaliyə vəhşicəsinə divan tutulub. Bütün sivilizasiya normalarına zidd olan bu qanlı aksiyanı erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində (o zaman Stepanakert adlanırdı) yerləşən 366-cı motoatıcı alayının hərbi qulluqçularından və zirehli texnikasından istifadə edilməklə törədiblər. Həmin alayın şəxsi heyətində milliyyətcə erməni olan 40-dan çox zabit və gizir olub.

Erməni quldur birləşmələrinin hücumu nəticəsində 613 nəfər dinc Xocalı sakini amansızcasına öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70 nəfəri ahıl yaşda insanlar olub. Erməni vəhşiləri 8 ailəni tamamilə məhv edib, 487 nəfəri şikəst edib, Xocalı şəhərinin 1275 sakinini - qocalar, uşaqlar və qadınları girov götürüb, bu insanlara ağlasığmaz işgəncələr veriblər. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil.

Fevralın 26-27-də Leypsiqdə Xocalı barədə həqiqətlər toplusundan ibarət bukletlər paylanacaq, Leypsiq Universitetinin, Albert adına Qloballaşma İnstitutunun kitabxanasında Xocalı soyqırımı ilə bağlı kitab sərgiləri təşkil ediləcək. Həmçinin universitetlərdə Xocalı soyqırımı haqqında posterlərin yerləşdirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti