Azərbaycanda fevral ayında 2 milyon kvadratmetrdən çox ərazi minalardan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2010 19:33 (UTC +04:00)
Ötən ay ərzində Azərbaycanda 2 006 240 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən cümə günü Trend News-a bildirilib.
Azərbaycanda fevral ayında 2 milyon kvadratmetrdən çox ərazi minalardan təmizlənib

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir M.Əliyev/

Ötən ay ərzində Azərbaycanda 2 006 240 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən cümə günü Trend -a bildirilib.

Əməliyyatlar nəticəsində 2 796 mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfərdən ibarət yardımçı heyət iştirak edib. Həmçinin, əməliyyatlara 6 mexaniki minatəmizləyici maşın və 30 minaaxtaran it cəlb olunub.

Ümumilikdə, indiyədək agentlik tərəfindən 126 278 663 kvadratmetr ərazi təmizlənib, 604 661 mina və PHS aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Ağstafa, Gədəbəy, Göygöl rayonlarında və Bakının Qaradağ rayonu ərazisində aparılır.

Ötən ay ərzində mina/PHS partlama hadisəsi qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti