...

ATƏT-in Minsk qrupu Azərbaycanın xarici işlər naziri ilə görüşün yekunlarına dair rəsmi bəyanat yayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2010 14:44 (UTC +04:00)
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə dair rəsmi bəyanat yayıb. ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiyadan Yuri Merzlyakov, Fransa səfiri Bernar Fasye və ABŞ səfiri Robert Bradtke martın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Parisdə görüşərək işgüzar iclas keçiriblər. Bu barədə ATƏT-in saytında elan edilmiş bəyanatda deyilir.
ATƏT-in Minsk qrupu Azərbaycanın xarici işlər naziri ilə görüşün yekunlarına dair rəsmi bəyanat yayıb

Azərbaycan, Bakı, 6 mart / Trend , müxbir E.Tarıverdiyeva/

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə dair rəsmi bəyanat yayıb. ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiyadan Yuri Merzlyakov, Fransa səfiri Bernar Fasye və ABŞ səfiri Robert Bradtke martın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Parisdə görüşərək işgüzar iclas keçiriblər. Bu barədə ATƏT-in saytında elan edilmiş bəyanatda deyilir.

Onlar danışıqların cari mərhələsini qiymətləndiriblər və həmsədrlər tərəfindən 2009-cu il dekabr və 2010-cu ilin yanvarında tərəflərə təqdim edilən yenilənmiş Madrid prinsiplərinə dair Azərbaycan və Ermənistan tərəflərinin fikirlərini nəzərdən keçiriblər. Həmsədrlər regiona səfər etməzdən öncə bu ayın sonunda analoji müzakirələr üçün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Parisdə görüşməyi planlaşdırırlar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti