...

Belçikada Qarabağ həqiqətləri haqqında geniş təbliğat aparılmasına ehtiyac var - senator

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2010 18:30 (UTC +04:00)
Belçikada Qarabağ həqiqətləri haqqında geniş təbliğat aparılmasına ehtiyac var.
Belçikada Qarabağ həqiqətləri haqqında geniş təbliğat aparılmasına ehtiyac var - senator

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir T.Hacıyev/

Belçikada Qarabağ həqiqətləri haqqında geniş təbliğat aparılmasına ehtiyac var. Trend-in Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu sözləri çərşənbə axşamı komitənin sədri Nazim İbrahimovla görüşü zamanı müstəqil senator, Belçika senatının fəxri prezidenti Ann Mari Lizin deyib.

Dağlıq Qarabağ münaqişəsi ilə yaxından maraqlandığını deyən belçikalı senator yaşadığı cəmiyyətdə Azərbaycan haqqında, xüsusilə də Qarabağ gerçəklikləri haqqında geniş təbliğat aparılmasına ehtiyac olduğunu bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Dövlət Komitəsinin sədri isə Belçikadakı Azərbaycan diasporunun inkişaf perspektivləri, onların yerli cəmiyyətə inteqrasiyası, Azərbaycan haqqında daha geniş və dolğun məlumatların, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin Belçika ictimaiyyətinə çatdırılması üçün daha da fəallıq göstərmələrinin zəruriliyi barədə danışıb.

Xəbər lenti

Xəbər lenti