...

ABŞ-Azərbaycan münasibətləri olduğundan da yaxşı ola bilər - "Stratfor" mərkəzinin rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2010 20:00 (UTC +04:00)
ABŞ-Azərbaycan münasibətləri olduğundan da yaxşı ola bilər. ABŞ-ın "Stratfor" analitik mərkəzinin prezidenti professor Corc Fridman belə hesab edir.
ABŞ-Azərbaycan münasibətləri olduğundan da yaxşı ola bilər - "Stratfor" mərkəzinin rəhbəri

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir M.Əliyev/

ABŞ-Azərbaycan münasibətləri olduğundan da yaxşı ola bilər. ABŞ-ın "Stratfor" analitik mərkəzinin prezidenti professor Corc Fridman belə hesab edir.

"ABŞ-ı bir çox digər məsələlər narahat edir. Onların bununla, yəni Azərbaycan-ABŞ münasibətləri məsələsi ilə dərindən məşğul olmağa imkanı yoxdur. Lakin ABŞ İraqdakı və Əfqanıstandakı köməyə görə Azərbaycana minnətdardır. Gələcəkdə də ABŞ Azərbaycan üçün vacib olan regional problemlərə böyük əhəmiyyət verəcək", - Fridman Bakıda çərşənbə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, ABŞ Azərbaycan-ABŞ münasibətlərinə lazımi dərəcədə diqqət yetirmir, çünki onların Türkiyə ilə İsrail arasında olan böhrana, İran və Əfqanıstana başları qarışıb. Ancaq onlar unutmurlar ki, onların əsl tərəfdaşı kimdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavab verən Fridman bildirib ki, ABŞ işğal altında olan Azərbaycan əraziləri və bütövlükdə Dağlıq Qarabağ məsələsinə dair vəziyyəti elə də aydın başa düşmür.

"Təəssüf ki, ABŞ-da Azərbaycanın bütün vacibliyini axıra qədər qiymətləndirə bilmirlər", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti