...

Ermənistanda əsir, itkin düşmüş və girov götürülmüş Azərbaycan vətəndaşlarının sayı 4 090 nəfər təşkil edir - Dövlət Komissiyası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyun 2010 13:02 (UTC +04:00)
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının internet saytının yaydığı məlumata görə, onlardan 3 297 nəfəri hərbçi, 787 nəfəri mülki şəxsdir.
Ermənistanda əsir, itkin düşmüş və girov götürülmüş Azərbaycan vətəndaşlarının sayı 4 090 nəfər təşkil edir - Dövlət Komissiyası

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistanda əsir, itkin düşmüş və girov götürülmüş Azərbaycan vətəndaşlarının sayı 4 090 nəfər təşkil edir.

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının internet saytının yaydığı məlumata görə, onlardan 3 297 nəfəri hərbçi, 787 nəfəri mülki şəxsdir.

6 nəfərin isə hərbçi və ya mülki olduğu məlum deyil.

Mülki şəxslərdən 48 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 azyaşlı qız), 252 qadın, 353 nəfər yaşlı şəxsdir (151 qadın).

Məlumata görə, əsir, itkin düşmüş 4 090 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb.

Ermənistanda əsir və girovluqdan 1 397 nəfər azad edilb. Onlardan 343-ü qadın, 1 054 nəfəri kişidir. Eyni zamanda, 169-u uşaq (65 azyaşlı qız), 289-u yaşlı şəxsdir (112  yaşlı qadın).

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası işçi qrupu tərəfindən 2010-cu ilin ötən dövrü ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində, komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 47 nəfərinin taleyinə aydınlıq gətirilib; onların adları itkinlərin siyahısından çıxarılıb. Həmin şəxslərdən 15 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 17 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 12 nəfərin isə siyahılardan təkrar keçdiyi, 3 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyən edilib.

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfəri qadın, 448-i kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxsdir.

Xəbər lenti

Xəbər lenti