...

ATƏT MQ Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün keçirilməsini istisna etmir - həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyun 2010 13:48 (UTC +04:00)
İyunun 17-dən 19-dən Sankt-Peterburqda keçiriləcək XIV Beynəlxalq İqtisadi Forum çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi mümkündür. Bu barədə Trend-ə Moskvadan ATƏT MQ-nin rusiyalı həmsədri İqor Popov məlumat verib.
ATƏT MQ Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün keçirilməsini istisna etmir - həmsədr

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

İyunun 17-dən 19-dən Sankt-Peterburqda keçiriləcək XIV Beynəlxalq İqtisadi Forum çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi mümkündür. Bu barədə Trend-ə Moskvadan ATƏT MQ-nin rusiyalı həmsədri İqor Popov məlumat verib.

"Mən İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın Peterburqda üçtərəfli görüşünün keçirilməsinin mümkünlüyünü istisna etmirəm. Hər şey prezidentlərin özlərinin qəbul edəcəkləri qərardan asılı olacaq", - Popov deyib.

Onun sözlərinə görə, hazırda həmsədrlərin iqtisadi forumda iştirak məsələsi üzərində işlənilir.

Medvedev-Əliyev-Sarkisyan arasında son üçtərəfli görüş 2010-cu il yanvarın 25-də Soçidə keçirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti