...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyun 2010 10:09 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 18-də saat 14.00-dan 14.20-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən;
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 19 iyun  /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 18-də saat 14.00-dan 14.20-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 14.00-dan 14.21-dək Xojavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 17.00-dan 17.10-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;

- iyunun 19-da 01.30-dan 01.35-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti