Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir K. Zərbalıyeva/
Ermənistan ordusunun bölmələri Füzuli rayonu istiqamətində yenidən hücuma keçib.
Müdafiə Nazirliyi mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, iyunun 21-də gecə saat 01:45 radələrində bir qrup erməni yaraqlısı yenidən Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında atəşkəs rejimini pozaraq hücuma keçib.
Azərbaycan Silahlı Qüvvələri öz döyüş mövqelərini gücləndirərək, düşmənə tutarlı cavab veriblər.
Erməni tərəf itki verərək geri oturdulub. Döyüş zamanı ordumuzun əsgəri, 19 yaşlı, 2009-cu ilin yanvarında Cəlilabad Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgərimiz Şükurov Elgün Rafiq oğlu şəhid olub.
İyunun 18-də də Azərbaycanın işğal edilmiş ərazilərində silahlı toqquşma baş verib və nəticədə 4 erməni əsgəri həlak olub, 4-ü isə yaralanıb. Azərbaycan Ordusunun bir əsgəri şəhid olub.