...

Ermənistanın Azərbaycana, Türkiyəyə, Gürcüstana torpaq iddiaları irəli sürməsi, Ermənistanda iqtisadiyyatın geriləməsinə səbəb olub – Azərbaycanın millət vəkili

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2010 14:19 (UTC +04:00)
Azərbaycanın millət vəkili hesab edir ki, təbii resursları kasad, militaristləşdirilmiş siyasət həyata keçirməsi, Azərbaycana, Türkiyəyə, Gürcüstana torpaq iddiaları irəli sürməsi və beləliklə də özünü inkişafdan kənarda qoyması, Ermənistanda iqtisadiyyatın geriləməsinə səbəb olub.
Ermənistanın Azərbaycana, Türkiyəyə, Gürcüstana torpaq iddiaları irəli sürməsi, Ermənistanda iqtisadiyyatın geriləməsinə səbəb olub – Azərbaycanın millət vəkili

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın millət vəkili hesab edir ki, təbii resursları kasad, militaristləşdirilmiş siyasət həyata keçirməsi, Azərbaycana, Türkiyəyə, Gürcüstana torpaq iddiaları irəli sürməsi və beləliklə də özünü inkişafdan kənarda qoyması, Ermənistanda iqtisadiyyatın geriləməsinə səbəb olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü millət vəkili Aydın Mirzəzadə hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet səhifəsinə verdiyi müsahibəsində bildirib.
"Ermənistan sivil dövlət qurmaq, obyektiv qanunlarla işləyən iqtisadiyyat qurmaq, mehriban qonşuluq siyasətinə əsaslanan xarici diplomatiya həyata keçirmək əvəzinə, qonşu dövlətlərə torpaq iddiasına üstünlük verir. Bu da işğalçı dövlət üçün bumeranq effekti verir və ziyanı özünə dəyir", - Mirzəzadə əlavə edib.

Millət vəkili qeyd edib ki, bu gün Ermənistan ordusu, faktik olaraq, hərbi polis rejimini xatırladır. "Orduda qulluq etmək erməni vətəndaşları üçün şərəf yox, zülmə çevrilib. Xidmətdən yayınma halları, "dedovşina" faktları ildən-ilə artmaqdadır. Orduda hansısa vətənpərvərlikdən, ruh yüksəkliyindən danışmaq olmaz", - millət vəkili bildirib.

Onun sözlərinə görə, Ermənistan ordusunun maddi təminatının zəifliyi şəxsi heyətin ruh yüksəkliyinin zəifliyində özünü göstərir. Ordu köhnə silahlarla təchiz olunub, ərzaq təminatı bərbad vəziyyətdədir. Orduya dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsi korrupsiyanın yeyintisinə çevrilir.

"Ən əsası isə, qonşu dövlətin torpaqlarını işğalda saxlamaq bu gün erməni əsgərləri, zabitləri üçün maraq kəsb etmir. O özünün yaşayışını düşünür, bundan narahat olur. Bir sözlə, dövlətin böhran yaşaması ordunu da pis vəziyyətə salıb", - Mirzəzadə əlavə edib.

Azərbaycan Ordusu barədə Mirzəzadə deyib ki, ordumuz bu gün Azərbaycan dövlətinin qüdrətinin nümunəsidir; xalqımızın iftixar yeridir və dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı ordudur.

"Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə, ordumuz regionun ən hazırlıqlı və ən müasir strukturlu qüvvəsi sayılır. Bütün bunlar Azərbaycan Ordusunun bugünkü ən müasir tələblərə cavab verdiyini göstərir. Bu fakt torpaqlarımızın 20 faizini işğal etmiş və bütün siyasətini ancaq və ancaq qonşu dövlətlərin torpaqlarının işğalı üstündə quran Ermənistanda da kifayət qədər məlumdur", - Mirzəzadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti