...

Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2010 14:14 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub; itki yoxdur.
Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində atəşkəsi pozub

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycan-Ermənistan təmas xəttində atəşkəs pozulub.

Müdafiə Nazirliyi mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 29-da saat 19:20-dən 19:30-dək Ermənistanın Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi; iyunun 29-da saat 12:20-dən 12:50-dək, saat 23:05-dən 23:20-dək; iyunun 30-da saat 00:05-dən 00:10-dək, saat 00:35-dən 00:50-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən; iyunun 29-da saat 15:00-dan 15:15-dək, saat 15:45-dən 16:30-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 11:00-dan 11:10-dək, 14:35-dən 14:45-dək Goranboy rayonu Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; iyunun 30-da saat 04:50-dən 05:00-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti