...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2010 09:45 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 7-də  saat 14.00-dan 14.10-dək, 14.45-dən 15.00-dək, 21.50-dən 22.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 18.05-dən 18.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 18.30-dan 18.35-dək Göy-Göl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 20.40-dan 20.44- dək Xojavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 21.45-dən 22.05-dək  Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən;

- iyulun 8-də  saat 03.30-dan 03.55-dək Tərtər rayonunun Qızıl Oba  və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti