...

Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün səylərini əsirgəmir – ABŞ müdafiə katibi müavininin köməkçisi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2010 12:55 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə ədalətli həlli üçün səylərini əsirgəmir, - ABŞ müdafiə katibi müavininin köməkçisi xanım Seleste A.Uollander Bakıda Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovla görüşü zamanı deyib, - məlumatı Azərbaycan Parlamentinin rəsmi saytı yayıb.
Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün səylərini əsirgəmir – ABŞ müdafiə katibi müavininin köməkçisi

Аzərbaycan, Bakı, 13 iyul /Trend, müxbir М.Əliyev/

ABŞ Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə ədalətli həlli üçün səylərini əsirgəmir, - ABŞ müdafiə katibi müavininin köməkçisi xanım Seleste A.Uollander Bakıda Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovla görüşü zamanı deyib, - məlumatı Azərbaycan Parlamentinin rəsmi saytı yayıb.

Uollanderin sözlərinə görə, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün əhəmiyyətini dərk edir.

"Azərbaycan öz ərazilərini hərbi yolla işğaldan azad etməyə qadirdir, lakin biz münaqişənin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə həllinin tərəfdarıyıq", - görüş zamanı birinci vitse-spiker deyib.

Əsgərov ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal addımlarının əhəmiyyətini qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti