...

Azərbaycan Kəlbəcər və Laçın rayonlarının beş il ərzində qaytarılmasına razıdır – XİN başçısı (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2010 15:09 (UTC +04:00)
Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin Kəlbəcər və Laçın rayonlarının beş il ərzində qaytarılması barədə təklifinə razıdır. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov cümə axşamı Bakıda mətbuat konfransında bildirib.
Azərbaycan Kəlbəcər və Laçın rayonlarının beş il ərzində qaytarılmasına razıdır – XİN başçısı (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: birinci abzasdan sonra əlavə olunub.

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin Kəlbəcər və Laçın rayonlarının beş il ərzində qaytarılması barədə təklifinə razıdır. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov cümə axşamı Bakıda mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Ermənistan Robert Köçəryanın prezidentliyi dövründə Kəlbəcər və Laçın rayonlarının on il müddətinə Azərbaycanın inzibati nəzarətinə qaytarılmasını təklif edib, Bakı isə o zaman bunun birillik müddətdə həyata keçirilməsini təkid edirdi.

"Serj Sarkisyanın prezidentliyi zamanı Yerevan danışıqların ilkin mərhələlərində müddəti yeddi ilədək azaltdı, Azərbaycan isə erməni qoşunlarının Kəlbəcər və Laçın rayonlarından üç il ərzində çıxarılması təklifi ilə çıxış etdi", - nazir deyib.

Nazirin sözlərinə görə, bu gün ATƏT-in Minsk qrupu həmsədrləri bu iki rayonun beş il müddətinə işğaldan azad olunmasını təklif edirlər və Azərbaycan bununla bağlı öz razılığını bildirib. Məmmədyarovun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqdakı son görüşü zamanı Rusiya münaqişənin həlli üzrə bir sıra təkliflər irəli sürüb, onların arasında Azərbaycanın Kəlbəcər və Laçın rayonlarının qaytarılması da var.

Nazir sülhməramlı qüvvələrin Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilməsi haqda suala cavab verərkən xatırladıb ki, hələ ATƏT-in Budapeşt sammitində qəbul edilən qərara görə, sülhməramlı qüvvələr ATƏT MQ həmsədr ölkələrinə və ya region dövlətlərinə məxsus olmamalıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti