...

Qazaxıstan Rusiya Prezidentinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə səylərini dəstəkləyir – Nursultan Nazarbayev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2010 11:07 (UTC +04:00)
Qazaxıstan Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə səylərini dəstəkləyir. Bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Almatıda ATƏT-in xarici işlər nazirlərinin sammitinin açılış mərasimində deyib.
Qazaxıstan Rusiya Prezidentinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə səylərini dəstəkləyir – Nursultan Nazarbayev

Qazaxıstan, Almatı, 17 iyul /Trend, xüsusi müxbir S.Süleymanov/

Qazaxıstan Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə səylərini dəstəkləyir. Bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Almatıda ATƏT-in xarici işlər nazirlərinin sammitinin açılış mərasimində deyib.

"Qazaxıstan ardıcıl surətdə ATƏT-in cavabdehlik zonasında yubadılmış münaqişələrin nizamlanması üzrə danışıqlar formatını irəli sürür, yubadılmış münaqişələr üzrə xüsusi nümayəndə fəal şəkildə çalışır. Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ problemi üzrə görüşlər silsiləvi keçirilib", - Nazarbayev deyib.

Nazarbayev bildirib ki, bu gün burada ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ üzrə həmsədrlərinin iclası keçiriləcək. Biz bu görüşdə uğurlu işlər arzulayırıq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti