...

Rusiya və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsinə tərəfdardırlar – birgə bəyanat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Avqust 2010 15:22 (UTC +04:00)
Rusiya və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin müstəsna olaraq ədalətli, bütün tərəflər üçün əlverişli əsasda sülh yolu ilə tezliklə həll edilməsinə tərəfdardırlar.
Rusiya və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsinə tərəfdardırlar – birgə bəyanat

Rusiya və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin müstəsna olaraq ədalətli, bütün tərəflər üçün əlverişli əsasda sülh yolu ilə tezliklə həll edilməsinə tərəfdardırlar. Bu, Rusiya Prezidenti Dmitri Medvedevin dövlət səfərinin yekunları üzrə Rusiya-Ermənistan birgə bəyanatında qeyd olunub, - xəbəri İTAR-TASS yayıb.

Sənəddə qeyd olunur ki, tərəflər ATƏT-in Minsk qrupunun bu istiqamətdə konstruktiv fəaliyyətini bəyənir. "Danışıqlar zamanı güc tətbiq etməmənin və ya güc təhdidinin, dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməkdə bərabərliyi və hüquqi prinsiplərinin tam tərkib hissəsi olmasının əhəmiyyəti qeyd edilib", - sənəddə deyilir.

Bəyanatda Rusiya Prezidenti Dmitri Medvedevin bu problemin həllində siyasi-diplomatik yolların axrtarışına yüksək qiymət verilib.

Xəbər lenti

Xəbər lenti